PERSTRATİV ALLÜVİ

uzununa profili yaranmış çay dərələrində əmələ gəlmiş, çöküntülər; normal qalınlığı və ikihədli quruluşu ilə səciyyələnir. Alt horizont-yataq çaqılları və tərkibində axmaz lil linzaları olan qumlardan, üst horizont isə daşqınlar zamanı yataq çöküntüləri üzərində çökdürülmüş qumluca-gillicə çöküntüllərdən təşkil olunur. Erozion-akkumulyativ terrasları təşkil edir. перстративный аллювий perstrative alluvium
PERQRESSİYA
PƏRVARİ DELTA
OBASTAN VİKİ
Allüvi
Allüvi (yun. alluvio - gətirmə) — Daimi və müvəqqəti çayların çaydaşı, qum, çınqıl, gil və s.-dən ibarət topladığı çöküntülər. Allüvidə bitki və heyvan qalıqlan da olur. == Allüvial su == Müasir və ya gömülmüş çay dərələrinin allüvial çöküntülərində yayılmış yeraltı su. == Allüvial-delüvial çöküntülər == Eroziya və yamacların delüvial yuyulma proseslərinin birgə fəaliyyəti nəticəsində toplanan çöküntülər. Vadilərin yamaca yaxın hissələrində və ya dərələrdə güclü daşqınlar zamanı allüvium və delüvium yığımlarının növbələşməsi nəticəsində formalaşır. Xarakter xü­susiyyəti; qırıntı materialının zəif çeşidləşməsi və yuvarlaqlığı; kəsiliş boyu allüvial (çaqıllar, qumlar) və delüvial (qumcalar, gilcələr, narın xır) akkumilyasion fazalara uyğun gələn çöküntülərin növbələşməsi.